...

Dövlət Bayrağı Meydanında DİN-in Daxili Qoşunlarının əsgərlərinin andiçmə mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Fevral 2014 11:58 (UTC +04:00)
Fevralın 15-də Dövlət Bayrağı Meydanında DİN-in Daxili Qoşunlarının gənc əsgərlərinin andiçmə mərasimi keçirilib. Mərasimdə əsgər valideynləri də iştirak edibllər.
Dövlət Bayrağı Meydanında DİN-in Daxili Qoşunlarının əsgərlərinin andiçmə mərasimi keçirilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İzzət/

Fevralın 15-də Dövlət Bayrağı Meydanında DİN-in Daxili Qoşunlarının gənc əsgərlərinin andiçmə mərasimi keçirilib. Mərasimdə əsgər valideynləri də iştirak edibllər.

Daxili Qoşunlardan Trend-ə bildiriblər ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və respublikamizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Qoşunların "N" saylı hərbi hissəsinin komandiri polkovnik Zəfər Əliyev çıxış edərək, gənc əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına sədaqət andı içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri xatırlatmışdır.

Sonra gənc əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü qanını və canını əsirgəməyəcəklərinə söz vermişlər.

Andiçmə mərasimində iştirak edən Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov qoşunlarda yeni xidmətə başlayan gənc əsgərləri hərbi and içmələri münasibətilə təbrik edib və tövsiyələrini çatdırıb.

Ş.Məmmədov qeyd edib ki, bu andan etibarən onlar da qoşunların bütün şəxsi heyəti kimi Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşımıza qoyulan tapşırıqların yerinə yetirilməsinə hər an hazır olmalıdırlar.

O, həmçinin gənc əsgərlərə xitabən vurğulayıb ki, bu müqəddəs andın mənasını tam dərk etməli, vətəndaşlarımızın təhlükəsizliyi və torpaqlarımızın müdafiəsi istiqamətində fədakar xidmətləri ilə əllərindən gələni əsirgəməməlidirlər.
Digər çıxış edənlər də gənc əsgərləri hərbi and içmələri münasibətilə təbrik edib, onlara səmimi, cəsur və intizamlı, daim Vətənin müdafiəsinə hazır olmağı, bir sözlə, Azərbaycan əsgərinə xas olan bütün xüsusiyyətləri özlərində formalaşdırmağı tövsiyə ediblər.

Mərasim gənc əsgərlərin təntənəli keçidi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti