...

"Azərbaycan Dəmir Yolları" QSC də "Hər kağızı bir yarpağa dəyişək" aksiyasına qoşuldu

Cəmiyyət Materials 20 Fevral 2014 17:08 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi "Hər kağızı bir yarpağa dəyişək" aksiyasına qoşulub.
"Azərbaycan Dəmir Yolları" QSC də "Hər kağızı bir yarpağa dəyişək" aksiyasına qoşuldu

Azərbaycan, Bakı, 20 fevral /Trend/

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi "Hər kağızı bir yarpağa dəyişək" aksiyasına qoşulub.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, artıq istifadə olunmuş kağızları toplanmasına başlanılıb.

Məlumat üçün deyək ki, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin, "ASAN xidmət" və "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" adlı birgə layihəyə start verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Bİrliyinin təşəbbüsü ilə baş tutan layihə "Təbiətin qorunması üçün 10 mesaj" devizi ilə həyata keçirilir.

Layihə çərçivəsində dövlət qurumları, özəl təşkilatlar və ya sadə vətəndaşlar istifadə olunmuş kağızları Bakı şəhərindəki "ASAN xidmət" mərkəzlərinin qarşısında quraşdırılacaq məntəqələrə təhvil verir. Burada təhvil verilmiş kağızlar xüsusi konteynerlərdə toplanılır və onların qeydiyyatı aparılır.

Təhvil verilmiş hər 50 kq kağız qarşılığında bir ədəd ağac alınacaq. Ağaclar kağız təhvil verən qurumların iştirakı ilə Bakı şəhəri ərazisində əkiləcək.

Layihənin həyata keçirilməsində əsas məqsəd ekoloji problemlərlə mübarizədə cəmiyyətin bütün təbəqələrinin iştirakını təmin etmək və onları bu işə cəlb etmək, real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə tullantıların düzgün istifadəsini təşkil etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti