...

Nizami rayonunda ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi məqsədilə açıq dərslər başlayıb

Cəmiyyət Materials 5 Mart 2014 15:30 (UTC +04:00)
Nizami rayonunda ulu öndər Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün tarix fənnindən açıq dərslər başlayıb.
Nizami rayonunda ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi məqsədilə açıq dərslər başlayıb

Azərbaycan, Bakı, 5 mart /Trend/

Nizami rayonunda ulu öndər Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün tarix fənnindən açıq dərslər başlayıb.

Açıq dərslər yüksək səviyyədə peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən qabaqcıl tarix müəllimləri tərəfindən tədris olunur.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında və 220 saylı orta məktəbdə keçirilən dərslərdə mövzuların şagirdlərə sistemli çatdırılması məqsədilə fənləri tədris edən müəllimlər mövzular üzrə tezislərlə təmin olunublar.

Hər mövzunun tədrisinə iki akademik saat ayrılıb.

Martın 4-də keçirilən dərslərdə rayonun 70 saylı liseyinin tarix müəllimləri Gülnarə Əliyeva və Vidadi Mehdiyev, orta məktəblərin XI sinif şagirdləri iştirak ediblər.

Müəllimlər ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qorunub saxlanmasında və inkişafındakı xidmətlərindən danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti