...

Çində oxumaq istəyən Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edilib

Cəmiyyət Materials 10 Mart 2014 09:49 (UTC +04:00)
Azərbaycan və Çinin Təhsil nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq sazişi əsasında Çin hökuməti 2014-2015-ci tədris ili üzrə Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edir.
Çində oxumaq istəyən Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edilib

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan və Çinin Təhsil nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq sazişi əsasında Çin hökuməti 2014-2015-ci tədris ili üzrə Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edir. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Təqaüd proqramı Azərbaycan və Çinin Təhsil nazirlikləri arasında 13 iyul 2012-ci il tarixində imzalanmış sazişə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır. Hazırda Çin ali məktəblərində 26 nəfər Azərbaycan vətəndaşı biznes, iqtisadiyyat, turizm, tibb və digər ixtisaslar üzrə təhsil alır.

Universitetlərdə tədris çin dilində olduğuna görə təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanacaq tələbələr bir il çin dili üzrə hazırlıq kursu keçməlidirlər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları martın 27-ə kimi sənədlərin elektron surətini ([email protected]) ünvanına göndərməlidirlər.

Tələb olunan sənədləri göndərən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə

dəvət olunacaqlar. Müsahibə aprelin 2, 3 və 4-də Təhsil Nazirliyində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti