Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyinin ştatda olan işçilərinin sayı artırılıb.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 25 oktyabr tarixli 230 nömrəli qərarına dəyişikliklər edilib.
Həmin qərara əsasən, təhsil Təhsil Nazirliyinin ştat işçilərinin sayı 282 vahidə çatdırlıb. Nazirliyin mərkəzi aparatının ştat sayı isə 177 olub.
Buna qədər isə nazirliyin ştat işçilərinin sayı 252, mərkəzi aparatının ştat sayı isə 147 idi.