...

Azərbaycan əhalisinin icbari müayinəsi mayın 1-dək yekunlaşacaq

Cəmiyyət Materials 14 Mart 2014 15:13 (UTC +04:00)
Bu il mayın 1-dək Azərbaycanda bütün əhalinin dispanserizasiyası həyata keçiriləcək.
Azərbaycan əhalisinin icbari müayinəsi mayın 1-dək yekunlaşacaq

Azərbaycan, Bakı, 14 mart /Trend müxbir İ.İsabalayeva/

Bu il mayın 1-dək Azərbaycanda bütün əhalinin dispanserizasiyası həyata keçiriləcək.

Trend Səhiyyə Nazirliyinin rəsmi mətbuat orqanı olan "Tibb" qəzetinə istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən, fevralın 17-dən ölkəmizdə bütün vətəndaşların ödənişsiz tibbi müayinəsinə başlanılıb. Əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkara çıxarılması və insanların vaxtında müalicəyə cəlb olunması məqsədi daşıyan icbari dispanserizasiyada 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak edəcəklər.

İcbari dispanserizasiyanın keçirilməsi üçün ölkə üzrə bütün poliklinika və ambulatoriyalarda lazımi hazırlıq işləri aparılıb. Müayinələr zamanı hansısa şəxslərdə xəstəlik aşkarlanarsa, onların müalicəsi xəstəxanalarda, diaqnostika mərkəzlərində və s. müvafiq tibb müəssisələrində dövlət hesabına təşkil olunacaq.

Artıq Azərbaycanın bütün bölgələrində dispanserizasiyaya başlanılıb. Müayinələr xüsusi tərtib olunmuş qrafiklər əsasında keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti