Təfərrüatlar əlavə edilib (ilk xəbər saat 11:34-də yayılıb)
Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir E.Mehdiyev/
Martın 21-də axşam saatlarından başlayaraq Azərbaycanın bəzi rayonlarının dağ kəndlərinə qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, qarın hüdürlüyü Xızı rayonunun Altıağac qəsəbəsində 16 sm təşkil edib. Quba rayonunun Xaltan kəndində qarın hündürlüyü 15 santimetrdən çox, Qonaqkənd kəndində 8 sm, Nohurdüzü kəndində 5 sm, Xınalıq kəndində isə 3 sm olub.
Bundan əlavə, Lerik rayonunun dağlıq ərazisində qarın hündürlüyü 1 sm, Qobustanın Mərəzə qəsəbəsində isə 2 sm olub.
Azərbaycan sinoptikləri bəyan edirlər ki, hava bu gün axşamdan mülayimləşəcək, yağıntılar kəsəcək və temperatur yüksələcək.