...

Sabah Azərbaycanda hava əsasən yağmursuz olacaq

Cəmiyyət Materials 25 Mart 2014 12:31 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində hava əsasən yağmursuz olacaq.
Sabah Azərbaycanda hava əsasən yağmursuz olacaq

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir S.Əhmədova/

Sabah Azərbaycan ərazisində hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək, havanın temperaturu gecə 3-5, gündüz 11-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq, cənub küləyi əsəcək.

Havanıın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti