...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şamaxı Cümə məscidinə baş çəkib (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2014 11:51 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Prezident İlham Əliyev sərəncamı ilə bərpa edilmiş tarixi Şamaxı Cümə məscidinə baş çəkib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şamaxı Cümə məscidinə baş çəkib  (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Prezident İlham Əliyev sərəncamı ilə bərpa edilmiş tarixi Şamaxı Cümə məscidinə baş çəkib. Komitədən Trend-ə verilən məlumata görə, məscidin yeni dini icması tərəfindən yaradılmış kitabxanaya Dövlət Komitəsinin kitabxanasından 100 adda ədəbiyyat təqdim edilib.

Dövlət Komitəsinin sədri Şamaxı Cümə məscidinin yeni dini icmasının üzvləri ilə görüşüb.

Görüş zamanı dini icma üzvləri Prezident İlham Əliyevin din sahəsinə diqqət və qayğısını yüksək qiymətləndirərək bildiriliblər ki, tarixi Şamaxı Cümə məscidinin Prezident İlham Əliyev tərəfindən yenidən bərpa edilərək dindarların istifadəsinə verilməsi bu qayğının ən bariz nümunələrindən biridir.

O da qeyd edilib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi fəaliyyət proqramına uyğun olaraq DQİDK tərəfindən dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti