Azərbaycan, Bakı, 25 aprel /Trend/
Aprelin 29-da "İdeya Qazandı" işgüzar televiziya müsabiqəsinin xüsusi görüntüləri və birinci seriyasının təqdimatı keçiriləcək. Tədbir saat 10:30-da Nizami Kino Mərkəzində baş tutacaq.
"İDEYA QAZANDI" - Gənclərə öz biznes ideyalarını reallaşdırmağa imkan verən Azərbaycanda ilk işgüzar televiziya müsabiqəsidir.
"İDEYA QAZANDI" televiziya yarışmasında 5 investor gənclərin ideyalarına sərmayə yatırmaq üçün seçim edir və bu ideyalarını həyata keçirməyə vəsait ayırır. Verilişin sponsorları Paşa Bank, Garant Holdinq, Buta Sığorta, Red Communications və Veritas Management Systems kimi nüfuzlu şirkətlərdir.
Layihə Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Youth İNC proqramının təşkilati dəstəyi ilə həyata keçirilir. İlk seriya mayın birinci həftəsi ATV kanalında yayımlanacaq.