Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycanın bəzi yerlərində qIsamüddətli yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, mayın 4-də Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında havanın tutulacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər yağışın tədricən kəsiləcəyi, havanın gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-15, gündüz 20-24 dərəcə isti olacaq.
Mayın 4-də Azərbaycanın bölgələrinin bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 11-16, gündüz 22-28, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti proqnozlaşdırılır.