...

Nizami rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2014 16:32 (UTC +04:00)
Bakının Nizami rayonunda müstəqil Azərbaycan dövlətinin xilaskarı ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
Nizami rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Bakının Nizami rayonunda müstəqil Azərbaycan dövlətinin xilaskarı ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Belə ki, Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə "Start" İdman Kompleksində üzgüçülük üzrə yarış keçirib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov deyib ki, bu gün ulu öndər Heydər Əliyevin Azərbaycanın sağlam gələcəyi naminə həyata keçirdiyi idmanın inkişafı strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

YAP Nizami rayon təşkilatının "Start" ərazi ilk partiya təşkilatının sədri Kamal Mehdiyev vurğulayıb ki, dövlət başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsi ilə demək olar ki, hər gün qarşılaşırıq. Dövlət idmançılara elə şərait yaradıb ki, onlar qələbələri bir-birinin ardınca sıralayaraq ölkəmizin nüfuzunu daha da artırırlar.

YAP Nizami rayon təşkilatının Şura üzvü Zemfira Sadıqlı da öz növbəsində bildirib ki, Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırıb.

Çıxışlardan sonra yarışa start verilib.

Yarışda 30-a yaxın idmançı 3 növ üzmə üzrə gücünü sınayıb.

Güclü mübarizə şəraitində keçən yarışın sonunda qaliblər mükafatlandırılıb.

Bununla yanaşı, Nizami rayon İcra Hakimiyyəti, YAP Nizami rayon təşkilatı və Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi birgə müxtəlif yaş kateqoriyalarından ibarət məktəblilər arasında taekvondo yarışı keçirib.

Yarışda 30 taekvondoçu iştirak edib.

Gərgin və maraqlı keçən yarışmada I, II və III yerin qalibləri müəyyənləşdirilib.

Sonda qaliblərə diplom və xatirə hədiyyələri təqdim edilib.

Bundan başqa, Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı birgə rayon ağsaqqalları arasında stolüstü oyunlar üzrə yarış təşkil edib.

Yarışdan öncə çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev, Azərbaycan Respublikası Veteranlar Şurasının Nizami rayon şöbəsinin sədri Yəhya Ağayev və digərləri çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərdən, həmçinin, onun əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.

Sonra yarışa start verilib.

Ağsaqqallar nərd, domino, dama və şahmat oyunları üzrə bacarıqlarını nümayiş etdiriblər.

Sonda qalib gəlmiş ağsaqqallara hədiyyələr verilib.

Qeyd edək ki, yarışın təşkil olunduğu Nizami rayonu 50 saylı "təqaüdçülər evi" ağsaqqalların müraciəti əsasında YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyevanın təşəbbüsü ilə əsaslı təmir edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti