...

Azərbaycanda "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı təsdiqlənib

Cəmiyyət Materials 14 May 2014 12:00 (UTC +04:00)
Azərbaycan hökuməti "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nı və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"i təsdiq edib
Azərbaycanda "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı təsdiqlənib

Azərbaycan, Bakı, 14 may /Trend/

Azərbaycan hökuməti "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nı və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"i təsdiq edib.

Trend Nazirlər Kabinetinin saytına istinadən xəbər verir ki, hökumətin bununla bağlı qərarında bildirilir ki, mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nda nəzərdə tutulan informasiya sistemlərinin və ehtiyatlarının "Elektron hökumət" portalına qoşulması üçün zəruri tədbirlər həyata keçirməlidirlər. Eləcə də "Elektron hökumət" portalının iştirakçıları portala qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərinin təsdiq edilmiş Texniki Tələblərə uyğunluğunu təmin etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti