...

"ASAN xidmət" mərkəzlərində Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırılıb

Cəmiyyət Materials 15 May 2014 14:27 (UTC +04:00)
İndiyə qədər "ASAN xidmət" mərkəzinə 1 milyon 600 mindən çox insan müraciət edib. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov Dövlət Agentliyinin Bakı şəhər, Sabunçu rayonunda yerləşən 4 saylı "ASAN xidmət" mərkəzinin jurnalistlərə təqdimatı zamanı deyib.
"ASAN xidmət" mərkəzlərində Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırılıb

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İzzət/

İndiyə qədər "ASAN xidmət" mərkəzinə 1 milyon 600 mindən çox insan müraciət edib. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov Dövlət Agentliyinin Bakı şəhər, Sabunçu rayonunda yerləşən 4 saylı "ASAN xidmət" mərkəzinin jurnalistlərə təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, "ASAN xidmət"in hər mərkəzinə orta hesabla gün ərzində 1500-2000-ə yaxın müraciət daxil olur.

A.Hüseynov bildirib ki, mayın 7-də rəsmi açılışı olan Sabunçu rayonu 4 saylı Bakı "ASAN xidmət" mərkəzi bu gündən fəaliyyətə başlayıb.

Sektor müdiri qeyd edib ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Sülh küçəsi, 8A ünvanında yerləşən 4 saylı Bakı "ASAN xidmət" mərkəzindən Sabunçu, Xəzər və Pirallahı rayonlarının ərazisində qeydiyyatda olan 408 min vətəndaş yararlana biləcək: "Bununla da Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırılır və paytaxt sakinləri onlara yaxın olan hər hansı "ASAN xidmət" mərkəzinə müraciət edib xidmətlərdən yararlana biləcəklər".

O bildirib ki, 4 saylı "ASAN xidmət" mərkəzin inzibati binası 5 mərtəbədən ibarətdir. Mərkəzin işçilərinin ümumi sayı 209 nəfərdir. Onlardan 60 nəfəri könüllüdür.

Xatırladaq ki, hazırda Bakıda 4, Sumqayıt və Gəncə şəhərlərində isə 1 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti