...

Azərbaycan-Rusiya sərhədində keçirilən əməliyyatlar zamanı axtarışda olan şəxs tutulub

Cəmiyyət Materials 22 May 2014 15:53 (UTC +04:00)
Azərbaycan-Rusiya sərhədində iki gün öncə başlayan "Sərhəd-sipər" əməliyyatları çərçivəsində Rusiyada axtarışda olan Balakən sakini ələ keçib.
Azərbaycan-Rusiya sərhədində keçirilən əməliyyatlar zamanı axtarışda olan şəxs tutulub

Azərbaycan, Bakı, 22 may /Trend/

Azərbaycan-Rusiya sərhədində iki gün öncə başlayan "Sərhəd-sipər" əməliyyatları çərçivəsində Rusiyada axtarışda olan Balakən sakini ələ keçib.

Trend-in Kanal-S-ə istinadən verdiyi məlumata görə, əməliyyat çərçivəsində Qaxda 1 ədəd AKM, 1 ədəd patron darağı və 90 ədəd avtomat gülləsi aşkar olunub.

Şəkidə isə axtarışda olan bir nəfərin yeri müəyyənləşib, eləcə də Qoxmuq kəndi ərazisində 1 ədəd AKM, 1 ədəd patron darağı, müxtəlif çaplı güllələr aşkarlanaraq götürülüb.

Balakən RPŞ-dən verilən məlumata görə isə rayonun Poçtbinə kəndi ərazisində 1 ədəd AKM, 86 ədəd avtomat gülləsi və 1 ədəd qaz tapançası aşkarlanaraq götürülüb. Eləcə də Rusiyada axtarışda olan Balakən sakini Nəriman Maqliyev ələ keçib.

Sərhədyanı ərazidə transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz miqrasiya, narkotiklər və qanunsuz silah-sursat dövriyyəsinə qarşı mübarizə məqsədilə aparılan əməliyyatlar mayın 26-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti