...

YAP Gənclər Birliyinin bir qrup üzvü Gürcüstanda səfərdədir

Cəmiyyət Materials 3 İyun 2014 13:12 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bir qrup üzvü Almaniyanın Konrad Adenauer Fondunun iyunun 3-7-də gənc siyasətçilər üçün Gürcüstanda təşkil etdiyi “Yay məktəbi”ndə iştirak edəcəklər.
YAP Gənclər Birliyinin bir qrup üzvü Gürcüstanda səfərdədir

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bir qrup üzvü Almaniyanın Konrad Adenauer Fondunun iyunun 3-7-də gənc siyasətçilər üçün Gürcüstanda təşkil etdiyi "Yay məktəbi"ndə iştirak edəcəklər.

Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, Konrad Adenauer Fondunun təşkilatçılığı ilə təşkil olunmuş bu proqramda Azərbaycandan olan nümayəndə heyəti ilə yanaşı Gürcüstan və Ermənistan gəncləri də təmsil olunurlar.

"Yay məktəbi"ndə iştirak edəcək gənclərə xarici ekspertlər tərəfindən seminarlar, təlimlər keçiriləcək və bir sıra rəsmi qonaqlarla görüş təşkil olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti