...

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək

Cəmiyyət Materials 4 İyun 2014 13:00 (UTC +04:00)
Azərbaycanda qeyri-sabit hava şəraiti sabah da davam edəcək.
Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda qeyri-sabit hava şəraiti sabah da davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyunun 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında iyunun 5-də havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında iyunun 5-də havanın temperaturu gecə 15-20, gündüz 29-34, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti