...

Elmar Vəliyev: Şəhərdə normal həyat bərpa olunur (FOTO)

Cəmiyyət Materials 11 İyun 2014 17:59 (UTC +04:00)
Gün ərzində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən 358 vətəndaş qəbul olunub. Ümumilikdə isə "Qaynar xətt"ə 1147 müraciət daxil olub.
Elmar Vəliyev: Şəhərdə normal həyat bərpa olunur (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Gün ərzində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən 358 vətəndaş qəbul olunub. Ümumilikdə isə "Qaynar xətt"ə 1147 müraciət daxil olub.

E.Vəliyev bildirib ki, xüsusi komissiya təbii fəlakətin aradan qaldırılması, eləcə də dəymiş ziyanın hesablanması üçün işləyir: "Şəhərdə normal həyat bərpa olunmaqdadır. Heç bir tıxac yoxdur. Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin texnika və canlı qüvvəsi gecə saatlarında küləyin və yağışın törətdiyi fəsadların aradan qaldırılması ilə məşğuldur".

Qeyd edək ki, təbii fəlakət zamanı 1000-dən artıq fərdi yaşayış evini su basıb, 800-ə yaxın fərdi və ümumi yaşayış evinin dam örtükləri dağılıb, çox sayda işıq dirəkləri, dayanacaqlar, zibil qutuları, oturacaqlar, reklam löhvələri yararsız hala düşüb. Şəhər təsərrüfatına çox ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti