...

Azərbaycanda mobil e-imza xidmətləri üzrə güzəştli tariflərin müddəti uzadılıb

Cəmiyyət Materials 20 İyun 2014 12:15 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatorları "Asan İmza" mobil elektron imza xidməti üçün qiymətlərin endirilməsi kampaniyasını 2014-cü ilin 30 sentyabr tarixinədək uzadır. Bunu Trend-ə "B.EST Solutions" ("Asan İmza" mobil imza xidmətinin operatoru) şirkətindən deyiblər.
Azərbaycanda mobil e-imza xidmətləri üzrə güzəştli tariflərin müddəti uzadılıb

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatorları "Asan İmza" mobil elektron imza xidməti üçün qiymətlərin endirilməsi kampaniyasını 2014-cü ilin 30 sentyabr tarixinədək uzadır. Bunu Trend-ə "B.EST Solutions" ("Asan İmza" mobil imza xidmətinin operatoru) şirkətindən deyiblər.

Yeni tariflərə əsasən fiziki və hüquqi şəxslər, eləcə də dövlət qulluqçuları "Asan İmza" mobil elektron imza xidmətini Azərbaycanın hər üç mobil operatorunun nümayəndəliklərindən vahid qiymətə - 18 AZN-ə (ƏDV daxil) əldə edə və 3 il müddətində ondan yararlana bilərlər. "Asan İmza" mobil elektron imza xidmətinin əldə edilməsi üzrə endirimlər fiziki şəxslər üçün 40%, hüquqi şəxslər üçün 90%, dövlət qulluqçuları üçün 80%-ə qədərdir.

Şirkətdən deyiblər ki, bu tariflərin daha 3 ay müddətinə uzadılmasında məqsəd sahibkarlar tərəfindən "Asan İmza" mobil elektron imzanın əldə edilməsi zamanı maksimum əlverişli şəraitin yaradılması, elektron xidmətlərdə sadə və təhlükəsiz mobil autentifikasiya və mobil elektron imza olan "Asan İmza"nın kütləvi istifadəsinin stimullaşdırılmasıdır.

Hazırda "Asan İmza" mobil elektron imza istifadəçiləri üçün Elektron Hökumət portalında - www.e-gov.az (320-yə yaxın xidmət), Vergilər Nazirliyinin elektron xidmətlər portalında - www.e-taxes.gov.az (50-yə yaxın xidmət), "Bank Respublika"nın İnternet-bankçılıq sistemində, Hesab.az internet ödəniş portalında və digər elektron xidmət portallarında çoxsaylı xidmətlər mövcuddur.

Dövlət və yerli özünüidarəetmə orqanları əməkdaşlarına, hüquqi və fiziki şəxslərə "Asan İmza" mobil elektron imza üçün təkmil sertifikatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə edilmiş Azərbaycan Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir.

Qeyd edək ki, "Asan İmza" Azərbaycanda mövcud qanunvericiliyin bütün tələblərinə tam cavab verən yeganə mobil elektron imzadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti