...

Baykerlərimiz Gəncədə (FOTO)

Cəmiyyət Materials 23 İyun 2014 11:45 (UTC +04:00)
Bakıdan Avropaya, ordan da geri dönən baykerlərimizin məsuliyyətli və riskli səfəri başa çatmaq üzrədir. Onlar indi Azərbaycanın ən qədim şəhəri olan Gəncədədirlər. Gəncəyə gələn baykerləri əhali alqışlarıla qarşılayıblar.
Baykerlərimiz Gəncədə (FOTO)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Bakıdan Avropaya, ordan da geri dönən baykerlərimizin məsuliyyətli və riskli səfəri başa çatmaq üzrədir. Onlar indi Azərbaycanın ən qədim şəhəri olan Gəncədədirlər.

Gəncəyə gələn baykerləri əhali alqışlarıla qarşılayıblar.

Motoyürüş iştirakçısı Elmar Mirsalayevin sözlərinə görə, Azərbaycan Cənubi Qafqazdan yeganə ölkə idi ki, bu festivalda təmsil edilib. Nə Gürcüstan, nə də Ermənistan orada təmsil elunmayıb.

Azərbaycanı Avropada tanıtmaq üçün HOG Azərbaycanın üzvləri 10000 kilometr yol qət ediblər. 7 motoskiletiçinin daxil olduğu baykerlərə ANS-in prezidenti Vahid Mustafayev rəhbərlik edir. Onun sözlərinə görə, onların məqsədi Azərbaycanı Avropada tanıtmaqdır.

Xorvatiyada "Harley Davidson" Bakı klubunun üzvləri Beynəlxalq Harley sahibləri asossiyasının festivalında da iştirak ediblər. Milli Qurtuluş günü ərəfəsində başalyan 10000 kilometrlik yürüşdə Avropanın iri şəhərlərində Heydər Əliyevin abidəsi anılıb. Müxtəlif şəhərldərdə keçirilən görüşlərdə Azərbaycanın iqtisadiyyat barədə məlumat verilib, Xocalı faciəsi ilə bağlı Heydər Əliyev fondunun plaktları paylanıb.

Baykerlərimiz Gəncə şəhərində yerləşən Heydər Əliyev Park Kompleksində olublar. Heydər Əliyevin abidəsini ziyarət ediblər və Heydər Əliyev mərkəzi ilə yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti