...

İrəvanda elektrik enerjisi qiymətlərinin artırılması əleyhinə aksiya keçirilir

Cəmiyyət Materials 23 İyun 2014 17:27 (UTC +04:00)
Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, etirazçılar vətəndaşları avqustun 1-dən elektrik enerjisinə görə ödəniş etməməyə çağırır.
İrəvanda elektrik enerjisi qiymətlərinin artırılması əleyhinə aksiya keçirilir

Azərbaycan, Bakı, 23 iyun /Trend/

İrəvanda elektrik enerjisi qiymətlərinin artırılması əleyhinə aksiya keçirilir.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, etirazçılar vətəndaşları avqustun 1-dən elektrik enerjisinə görə ödəniş etməməyə çağırır.

Aksiya İctimai xidmətlərin tənzimlənməsi komissiyasının binası qarşısında keçirilir.

Komissiya elektrik enerjisi sahəsində fəaliyyət göstərən biznes subyektlərinin problemləri səbəbindən elektrik enerjisi tarifini 10 faiz artırmağı məqbul bilib.

Asayiş keşikçiləri binaya daxil olmaq istəyənlərə qarşı güc tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti