...

Strasburqda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilmiş sərginin açılışı olub

Cəmiyyət Materials 26 İyun 2014 22:15 (UTC +04:00)
Strasburqda, Avropa Şurasının iqamətgahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “XII və XXI əsrləri birləşdirən universal körpü: Nizami Gəncəvi yaradıcılığı (1141-1209)” layihəsi çərçivəsində sərginin açılışı olmuşdur.
Strasburqda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilmiş sərginin açılışı olub

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Strasburqda, Avropa Şurasının iqamətgahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "XII və XXI əsrləri birləşdirən universal körpü: Nizami Gəncəvi yaradıcılığı (1141-1209)" layihəsi çərçivəsində sərginin açılışı olmuşdur.

Trend AzərTAc-a istinadən xəbər verir ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimində xarici işlər naziri Elmar Məmmədyarov, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimizin üzvləri, eyni zamanda, quruma üzv ölkələrin deputatları, təşkilatın rəsmiləri iştirak etmişlər.

Sərgidə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov, Şuranın demokratiya üzrə baş direktoru Sinejana Markoviç çıxış etmişlər. Onlar Avropa Şurasında Heydər Əliyev Fondu tərəfindən təşkil edilən bu sərginin, eyni zamanda, "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində keçirilən tədbirlərin böyük maraqla qarşılandığını vurğulamışlar.

Çıxışlarda Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsinin qorunması, təbliği, dünyada tanıdılması istiqamətində gördüyü işlər yüksək qiymətləndirilmişdir.

Sonra qonaqlar sərgi ilə tanış olmuşlar.

Burada böyük şair və filosof Nizami Gəncəvinin yaradıcılığından bəhs edən kitablar, broşürlərlə yanaşı, Azərbaycan xalçaları da nümayiş etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti