...

Azərbaycan hökuməti hərbçilərə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi ilə bağlı qərar layihəsi hazırlayıb

Cəmiyyət Materials 7 İyul 2014 11:53 (UTC +04:00)
Silahlı Qüvvələrdən ehtiyata və istefaya buraxılmış şəxslərə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarının layihəsi hazırlanıb.
Azərbaycan hökuməti hərbçilərə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi ilə bağlı qərar layihəsi hazırlayıb

Azərbaycan, Bakı, 7 iyul / Trend, müxbir İlkin İzzət /

Silahlı Qüvvələrdən ehtiyata və istefaya buraxılmış şəxslərə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarının layihəsi hazırlanıb.

Trend xəbər verir ki, bunu Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Rauf Kişiyev "Azərbaycan Ordusu" qəzetinə müsahibəsində bildirib.

İdarə rəisinin sözlərinə görə, Müdafiə Nazirliyi ölkənin əsas dövlət orqanlarından biri kimi, bir neçə yeni qanunvericilik aktının layihələrini hazırlayıb, aidiyyəti dövlət qurumları ilə razılaşdırıb və onları müvafiq instansiyaya təqdim edib. Barəsində danışılan layihələrin bir qismi üzrə müvafiq işlər tamamlanmaq üzrədir.

R.Kişiyev qeyd edib ki, hərbi qulluqçuların hüquq və azadlıqlarını, vəzifələrini və statusunu müəyyən edən, hərbi qanunvericiliyin əsas və bəlkə də ən birinci normativ-hüquqi aktı olan "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun yeni layihəsi hazırlanıb. Həmin layihə Müdafiə Nazirliyinin Hərbi Kollegiyasının geniş iclasında müzakirə edilib, verilmiş təkliflər nəzərə alınıb və layihə təkmilləşdirilərək son versiya şəklinə salınıb: "Qanun layihəsinə hərbi qulluqçuların, onların ailə üzvlərinin, ehtiyata və istefaya buraxılmış şəxslərin sosial və hüquqi təminatının daha da yaxşılaşdırılması üçün bir sıra yeni müddəalar daxil edilib. Bundan başqa, layihə hərbi xidmətin hər bir vətəndaşın şərəf işinə çevrilməsi, hərbi intizamın yüksəldilməsi və şəxsi heyətin qanun-qaydalara hörmət ruhunda tərbiyə olunması, hərbi qulluqçuların sosial-məişət şəraitinin müasir tələblər səviyyəsində yaxşılaşdırılması və sair istiqamətlərdə hüquqi nizamlanmanı ehtiva edən müddəaların reallaşdırılmasını nəzərdə tutur".

O, həmçinin bildirib ki, Silahlı Qüvvələrdə aparılan islahatlar çərçivəsində hərbi hissə komandirlərinin hərbi nizamnamələr və normativ-hüquqi aktlarla müəyyən olunmuş hüquqlarının icrasına imkan verən, habelə hərbi geyim formalarının yenilənməsini, fərqləndirmə nişanlarının daşınması qaydalarının təkmilləşdirilməsini nəzərdə tutan sənədlərin layihələri hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti