...

İranda yaşı 15-dən çox olmayan 31 min qız uşağı ərə gedib

Cəmiyyət Materials 7 İyul 2014 17:26 (UTC +04:00)
İranda ötən ilin 9 ayı ərzində (İranda il martın 21-də dəyişir) yaşı 15-dən aşağı olan 31 min nəfərə yaxın qız nikaha daxil olub.
İranda yaşı 15-dən çox olmayan 31 min qız uşağı ərə gedib

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir Təmkin Cəfərov/

İranda ötən ilin 9 ayı ərzində (İranda il martın 21-də dəyişir) yaşı 15-dən aşağı olan 31 min nəfərə yaxın qız nikaha daxil olub. Trend-in məlumatına görə, bu barədə İran üçün Ədalət Təşkilatı (Justice For Iran) İranın Vətəndaşlıq Vəziyyəti Aktları Təşkilatının statistikasına istinadən xəbər yayıb.

Statistikaya əsasən, bu müddət ərzində qeydə alınmış evliliklərin üçdə biri (36 faizi) 19 yaşından aşağı qızlara aiddir.

Məlumata əsasən, bu müddət ərzində ailə həyatı qurmuş qızların 178 min nəfəri 15-19 yaşlı qızlar olub.

Ötən ilin statistikası ilə 2012-ci ilin statistikasının müqayisəsi göstərir ki, yaşı 15-dən aşağı olan qızların nikaha girməsi hallarının sayı artıb. Belə ki, ötən ilin ilk 9 ayında (İranda il martın 21-də dəyişir) 10-14 yaşlı qızlar 30 956 halda nikaha daxil olmuşdularsa, bu rəqəm 2012-ci ildə 29 827 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti