...

Azərbaycanda pedaqoji ixtısaslar üzrə oxuyacaq bəzi tələbələrə əlavə təqaüdlər veriləcək

Cəmiyyət Materials 7 İyul 2014 17:28 (UTC +04:00)
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında 500-600 bal toplayaraq müəllim ixtisasına qəbul olan və elektron ərizələrində müəllimlik ixtisasını I və II yerlərdə qeyd edən tələbələrə əlavə təqaüdlər veriləcək.
Azərbaycanda pedaqoji ixtısaslar üzrə oxuyacaq bəzi tələbələrə əlavə təqaüdlər veriləcək

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında 500-600 bal toplayaraq müəllim ixtisasına qəbul olan və elektron ərizələrində müəllimlik ixtisasını I və II yerlərdə qeyd edən tələbələrə əlavə təqaüdlər veriləcək.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu təqaüdlərin ilkin mərhələdə 300 tələbəyə verilməsi nəzərdə tutulur. Təqaüdin məbləği 100 manat olacaq. Təqaüdlər tələbələrə Təhsil Nazirliyi tərəfindən veriləcək.

Növbəti tədris ilindən ali məktəblərdə müəllimlik ixtısası üzrə təhsil alanlar üçün təcrübə müddətinin uzadılması da nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti