...

Sabah Bakıda 37 dərəcə isti olacaq

Cəmiyyət Materials 24 İyul 2014 12:57
Sabah Bakıda havanın temperaturu 37 dərəcəyə çatacaq.
Sabah Bakıda 37 dərəcə isti olacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Bakıda havanın temperaturu 37 dərəcəyə çatacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, iyulun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.

İyulun 25-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti