...

Baş Prokurorluq Leyla Yunusun saxlanılması ilə bağlı yayılan məlumatı araşdırır

Cəmiyyət Materials 30 İyul 2014 13:20
Baş Prokurorluq Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun saxlanılması ilə bağlı yayılan məlumatı araşdırır.
Baş Prokurorluq Leyla Yunusun saxlanılması ilə bağlı yayılan məlumatı araşdırır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Baş Prokurorluq Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun saxlanılması ilə bağlı yayılan məlumatı araşdırır.

Respublika Baş Prokurorluğundan Trend-ə L.Yunusun saxlanılması ilə bağlı yayılan məlumatı nə təsdiq, nə də təkzib ediblər.

Prokurorluqdan onlarda bu barədə dəqiq məlumatın olmadığı bildirilib. Qeyd edilib ki, məsələ araşdırılır, yayılan məlumat təsdiqini tapsa, ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, L.Yunus və həyat yoldaşı Arif Yunusov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatında olan konkret cinayət işi üzrə şahid qismində dindirilmələri üçün istintaqa dəvət olunsalar da, üzrlü səbəblər olmadan istintaqa gəlməkdən qəsdən boyun qaçırıblar. Baş Prokurorluq bəyan etmişdi ki, L.Yunus və əri A.Yunusov istintaqa gəlməyəcəkləri tədqirdə, barələrində cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti