...

Səttar Mehbalıyev: Əmək Məcəlləsinin pozulması halları daha çox tikinti şirkətlərində baş verir

Cəmiyyət Materials 7 Avqust 2014 17:11 (UTC +04:00)
Əmək Məcəlləsinin pozulması halları daha çox özəl sektorda, xüsusən də tikinti şirkətlərində baş verir.
Səttar Mehbalıyev: Əmək Məcəlləsinin pozulması halları daha çox tikinti şirkətlərində baş verir

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Əmək Məcəlləsinin pozulması halları daha çox özəl sektorda, xüsusən də tikinti şirkətlərində baş verir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev vurğulayıb ki, isti havada işçilər açıq hava şəraitində fasilələrlə işləməlidirlər, qapalı yerlərdə onlara sərinləşdirici içkilər verilməlidir: "Dövlət müəssisələrində bu qaydalara əməl olunsa da, özəl sektorlarda müəyyən problemlər mövcuddur. Yəni, həmkarlar təşkilatları olan yerlərdən məlumat alırıq və məsələni qaldırırıq, ancaq həmkarlar təşkilatları olmayan yerlərdə isə iş şəraitinə nəzarət imkanımız olmur".

AHİK sədri vurğulayıb ki, tikinti şirkətlərinin demək olar ki, yarı faizində həmkarlar təşkilatları yoxdur: "Səbəb ondan ibarətdir ki, hər hansı bir binanın tikintisinə o qədər də uzun müddət tələb olunmur. Yəni, tikinti şirkətlərində işçilərlə danışıb, həmkarlar təşkilatını formalaşdırana qədər, artıq iş yekunlaşır və işçilər başqa yerlərə gedirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti