...

Moskvalı mindən çox əcnəbini evində qeydiyyata alıb

Cəmiyyət Materials 15 Avqust 2014 18:42 (UTC +04:00)
Moskva sakini 1,2 mindən çox əcnəbi vətəndaşı öz evində qeydiyyata alıb.
Moskvalı mindən çox əcnəbini evində qeydiyyata alıb

Azərbaycan, Bakı,15 avqust /Trend, müxbir Səidə Ağayeva/

Moskva sakini 1,2 mindən çox əcnəbi vətəndaşı öz evində qeydiyyata alıb. Trend-in Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, paytaxt polisi yoxlamalar keçirdiyi zaman Moskvanın Çkalova küçəsindəki evdə 1242 əcnəbinin qeydiyyata alındığını aşkarlayıb.

Onlar arasında Moldova, Azərbaycan, Ermənistan və Belarus vətəndaşları var.

Evin 46 yaşlı sahibi həmin vətəndaşlardan pul mükafatı alıb. Evin sahibinə qarşı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti