...

Aydın Əliyev cənub bölgəsinin vətəndaşlarını qəbul edəcək

Cəmiyyət Materials 22 Avqust 2014 13:57 (UTC +04:00)
Qəbul zamanı bölgədə yerləşən rayonların - Lerik, Astara, Lənkəran rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Aydın Əliyev cənub bölgəsinin vətəndaşlarını qəbul edəcək

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev avqustun 29-da saat 10:30-da Lerik şəhərindəki Mədəniyyət Evində (A. Əsədullayev küçəsi 22) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Bu barədə Dövlət Gömrük Komitəsi mətbuat xidməti məlumat yayıb.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Lerik, Astara, Lənkəran rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti