...

Azərbaycan Parlamenti Ordu haqda yalnış məlumat yayan mətbuat orqanlarının cəzalandırılması ilə bağlı qanunvericiliyi müzakirə edəcək

Cəmiyyət Materials 23 Avqust 2014 16:03
Azərbaycan Parlamenti Ordu haqda yalnış məlumat yayan mətbuat orqanlarının cəzalandırılması ilə bağlı qanunvericiliyi müzakirə edəcək.
Azərbaycan Parlamenti Ordu haqda yalnış məlumat yayan mətbuat orqanlarının cəzalandırılması ilə bağlı qanunvericiliyi müzakirə edəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Parlamenti Ordu haqda yalnış məlumat yayan mətbuat orqanlarının cəzalandırılması ilə bağlı qanunvericiliyi müzakirə edəcək

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov Trend-ə açıqlamasında Milli Məclisin payız sessiyası başlayanda bununla bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edəcəyini bildirib.

S.Novruzov qeyd edib ki, son vaxlar ayrı-ayrı mətbuat orqanları Azərbaycan Ordusu və təhlükəsizlik haqqında düzgün olmayan məlumatlar yayırlar.

S.Novruzov vurğulayıb ki, məlumatların bu formada yayılması, yoxlanılmadan, şayə şəklində çatdırılması həm valideynləri narahat edir, həm də cəmiyyəti çaşdırır:

"Ümumilikdə götürdükdə, bütün dünyada ordu haqqında verilən hər hansı bir məlumat tam şəkildə dəqiqləşdirilməlidir və yaxud da Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinad olunmalıdır. Qalan hallarda, kimsə kimdənsə nəsə eşidibsə, üstünə də əlavə edib cəmiyyətə çatdırırsa, bu ciddi qanun pozuntusudur. Bu baxımdan mən hesab edirəm ki, bu gün Azərbaycan müharibə şəraitində olduğu üçün, ordu haqqına, təhlükəsizlik haqqında hər hansı bir mətbuat orqanının düzgün olmayan və yaxud da dəqiqləşdirilməmiş məlumatı cəmiyyətə çatdırması yolverilməzdir".

S.Novruzov bildirib ki, bu baxımdan da, Milli Məclisin payız sessiyası başlayanda bununla bağlı qanunvericilik təşəbbüsü irəli sürəcək: "Yəni bu cür hallarla bağlı qanunvericilikdə maddələr sərtləşdirilməli və ordu və təhlükəsizlik haqqında düzgün olmayan məlumatın verilməsinə görə məsuliyyət məsələsi qaldırılıb qanun şəklində tənzimlənməlidir".

S.Novruzovun sözlərinə görə, bununla bağlı hərbi qanunvericiliyə də, "Kütləvi informasiya vasitələri haqqında" qanuna da əlavə və dəyişiklər oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti