...

Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?

Cəmiyyət Materials 24 Avqust 2014 13:30 (UTC +04:00)
Həftənin ilk iş günü Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək.
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Həftənin ilk iş günü Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-26°, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28° isti, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti təşkil edəcək.

Azərbaycanın bölgələrində hava yağmursuz olacaq. Havanın temperaturu gecə 20-25 gündüz 32-39, dağlarda gecə 15-20 gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti