Azərbaycan, Bakı, 29 avqust /Trend/
Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata əsasən, qaz nəqli və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 18:00-dək Qazax rayonunun bir hissəsinə, saat 21:00-dək Kürdəmir rayonunun Çöhranlı və Bağman kəndlərinə, saat 11:00-dan təmir işləri sona çatanadək isə Qaradağ rayonunun Umbakı qəsəbəsinə və Əzimkənd kəndinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.