...

Bakının əsas yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Cəmiyyət Materials 11 Sentyabr 2014 20:46 (UTC +04:00)
Bakı dairəvi avtomobil yolunun 0-5-ci km-də (Bakı Beynəlxalq Avtovağzalından Lökbatan istiqamətinə) təmir işlərinə başlanılıb.
Bakının əsas yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Bakı dairəvi avtomobil yolunun 0-5-ci km-də (Bakı Beynəlxalq Avtovağzalından Lökbatan istiqamətinə) təmir işlərinə başlanılıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təmir işləri ərzində yolun həmin hissəsində avtomobil nəqliyyatı vasitələrinin hərəkəti mərhələli şəkildə qismən məhdudlaşdırılacaq.

ASC-dən bildiriblər ki, hazırda yolun 4-5-ci km-də təmir işləri gedir və həmin hissədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti