Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Bu tədris ilindən Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən professor-müəllim, o cümlədən işçi heyətinin əməkhaqları artırılıb.
Universitetdən Trend-ə verilən məlumata görə, bu gün ADU əməkdaşları müxtəlif vəzifələr üzrə 500-1500 AZN arası əməkhaqqı alırlar. Bu da Azərbaycanda ali məktəblər sırasında ən yüksək göstəricidir.
Yeni tədris ilində ADU tələbələrinin sayı 6000-ni keçib. Bu il Azərbaycan Dillər Universitetinin bakalavr pilləsinə 1500-ə yaxın tələbə, magistratura pilləsinə isə 200-ə yaxın tələbə qəbulu olub.