...

Türkiyənin daha bir vilayəti içməli su qıtlığı ilə üzləşib

Cəmiyyət Materials 16 Sentyabr 2014 15:45 (UTC +04:00)
Türkiyənin cənub-qərbindəki Van vilayətində kəskin içməli su qıtlığı yaranıb.
Türkiyənin daha bir vilayəti içməli su qıtlığı ilə üzləşib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin cənub-qərbindəki Van vilayətində kəskin içməli su qıtlığı yaranıb.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hazırda vilayətin ərazisində yerləşən "Zərnək" su anbarı cəmi 20 faiz doldurulub.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin cənub-qərbində yerləşən Yalova vilayətində də içməli su qıtlığı müşahidə olunmuş və nəticədə əhaliyə su fasilələrlə verilmişdi.

Ölkənin meşə təsərrüfatı və su resursları naziri Veysəl Əroğlu demişdi ki, Türkiyədə içməli su qıtlığı olmayacaq və su anbarları 50 faiz doldurulub.

Onun sözlərinə görə, ölkəni kəskin su qıtlığı gözləmir, elektrik enerjisinin istehsalı ilə bağlı problem də olmayacaq.

Türkiyə Meşə Təsərrüfatı və Su Resursları Nazirliyinin məlumatına görə, ölkədə 313 su anbarı, 203 kiçik göl var. Həmin göllər su anbarları kimi istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti