Azərbaycan, Bakı, 23 sentyabr /Trend/
Gəncənin təhsil sahəsində daha bir yenilik məktəbliləri sevindirdi. 26 saylı tam orta məktəb əsaslı təmir olunaraq, müəllim və şagirdlərin istifadəsinə verildi. Bayram münasibətilə bu gün məktəbdə keçirilən təntənəli tədbirə toplaşan məktəblilər əllərində bayraqlar, gül-çicək dəstələri tutaraq çox fərəhli idilər.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ölkənin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində təhsilin mühüm əhəmiyyət kəsb etdiyini, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının bəhrələri olaraq, yeni məktəblərin və yeni tədris ocaqlarının tikilməsini, təhsil infrastrukturunun müasir təblərə uyğun qurulmasını, kadr hazırlığının yaxsılaşdırılmasını diqqətə catdırdı və digər bu kimi sahələrdə böyük nailiyyətlər əldə olunduğunu önə cəkdi. Elm, mədəniyyət və incəsənət mərkəzi olan Gəncədə də bu sahədə irəliləyişlər olduğunu bildirdi. Qeyd etdi ki, çoxlu sayda məktəblər əsaslı təmir olunub və yeni korpuslar tikilərək istifadəyə verilib. Bütün məktəblər istilik sistemi ilə təmin edilib.
Təhsil sahəsində həyata keçirilən islahatlar ilbəil şəhərimizə yeni uğurlar gətirəcəkdir. Bu sahədə əldə olunan yüksəlişə, müvəfəqiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, ölkənin birinçi xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoş -məramlı səfri Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk .
İcra başçısı məktəbin acılışı münasibəti ilə qırmızı lenti kəsdi, bütün təhsil işçilərini təbrik etdi, onlara şərəfli işlərində müfəvəqiyyətlər arzuladı.
Məktəbin direktoru Valeh Rüstəmov cıxış edərək məktəbin 1934-cü ildə inşa edildiyini, burada əsaslı təmir işləri aparıldığını, kompyuterlərlə, müasir avadanlıqlarla təchiz olunaraq istifadəyə verildiyini bildirdi. Qeyd etdi ki, hazırda məktəbdə 960 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 100 nəfər müəllim məşğul olur. Hər il ali məktəblərə qəbul olunan məzunların sayı artır. Bu il məzunlardan 8 nəfəri yüksək bal toplayaraq müxtəlif ali məktəblərə daxil olublar.
Yeni tədris ilində məktəbin birinçi siniflərində 137 şagird oxuyacaq.