...

Allahşükür Paşazadə Kirillə müzakirə aparmaq üçün Moskvaya gedir

Cəmiyyət Materials 24 Sentyabr 2014 12:32 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 25-də Rusiya Federasiyasına səfərə yola düşür. Bu barədə Trend-ə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Allahşükür Paşazadə Kirillə müzakirə aparmaq üçün Moskvaya gedir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlkin İzzət/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 25-də Rusiya Federasiyasına səfərə yola düşür. Bu barədə Trend-ə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Səfər Moskva və bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kirillin dəvəti əsasında həyata keçirilir.

MDB Dinlərarası Şurasının həmsədrləri olan Patriarx Kirillə QMİ sədri A. Paşazadənin görüşü 26 sentyabr tarixində Patriarxın Moskvadakı rəsmi iqamətgahında baş tutacaq.

Səfər proqramına Sankt-Peterburq şəhərini ziyarət də daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti