...

"V1 Challenge Azerbaijan": həyəcan, qələbə və böyük izləyici marağı (FOTO)

Cəmiyyət Materials 14 Oktyabr 2014 11:34 (UTC +04:00)
Oktyabrın 11-də Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda ilk dəfə “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousu keçirilib.
"V1 Challenge Azerbaijan": həyəcan, qələbə və böyük izləyici marağı (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Oktyabrın 11-də Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda ilk dəfə "V1 Challenge Azerbaijan" yarışının təqdimat şousu keçirilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva təqdimat şousunda olublar.

Bakı Kristal Zalında anşlaqla keçən bu yarış tamaşaçılara maraqlı, həyəcan dolu anlar yaşadıb. Uşaqdan böyüyədək hər kəsin marağına səbəb olan yarışda idman avtomobillərində və motosikletlərdə qeyri-adi tryuklar da nümayiş olunub.

12 ölkədən 14 pilotin iştirakı ilə keçirilən yarışda birinci yeri fransalı pilot Anton Huber, 2-ci yeri Almaniya idmançısı Harald Müller, 3-cü yeri isə livanlı Abdo Feqali tutub.

Azərbaycanlı pilot Adil Axundov 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, həyəcan və adrenalin dolu anlar yaşatmaqla yanaşı, yarış həm də Azərbaycanda avtomobil idmanının inkişafına yönəlmiş bir layihədir.

Bu şou çərçivəsində tamaşaçılar Azərbaycan Avtomobil Federasiyası tərəfindən tezliklə təqdim ediləcək və böyük maraqla gözlənilən daha bir layihə - "Klassik Avtomobil Sərgisi"nə daxil olan bir neçə retro avtomobillə də tanış ola biliblər.

Xatırladaq ki, sərgi yaxın müddətdə Heydər Əliyev Mərkəzində açılacaq.

"V1 Challenge Azerbaijan" yarışından fotosessiyanı təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti