...

Moskvada “Azərbaycan müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin rolu” layihəsinin bağlanış mərasimi keçirilib

Cəmiyyət Materials 16 Oktyabr 2014 13:15 (UTC +04:00)
Moskvada Bakı Mədəniyyət Mərkəzində "Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası" (ASGA) İctimai Birliyinin “Azərbaycan müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin rolu” adlı layihəsinin bağlanış mərasimi keçirilib.
Moskvada “Azərbaycan müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin rolu” layihəsinin bağlanış mərasimi keçirilib

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Moskvada Bakı Mədəniyyət Mərkəzində "Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası" (ASGA) İctimai Birliyinin "Azərbaycan müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin rolu" adlı layihəsinin bağlanış mərasimi keçirilib.

ASGA-dan trend-ə verilən məlumata görə, mərasimdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Akşin Əliyev, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev, QHT və Media nümayəndələri, Rusiyada təhsil alan tələbələr iştirak edirdilər.

ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev çıxış edərək layihə haqqında iştirakçılara məlumat verdi: "Ümumrusiya Azərbaycan Konqresi, ASGA-nın Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun birgə reallaşdırdığı layihənin yekunu olaraq I, II, III yerin qalibləri üçün diplomların və Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin qiymətli hədiyyələrinin verilməsini nəzərdə tutumuşuq. Lakin bizim əsas məqsədimiz gənclər arasında Ulu Öndər Heydər Əliyev irsinin araşdırılması və təbliğindən ibarətdir."

Sonda Toğrul Allahverdili tərəfindən qaliblər mükafatlandırıldı və Ümumrusiya Azərbaycan Konqresi adından "Bakı" restoranında iştirakçılara ziyafət verildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti