...

Polşada "Şərq tərəfdaşlığı" ölkələri üçün rusdilli telekanal yaradılır

Cəmiyyət Materials 24 Oktyabr 2014 14:31 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) "Şərq tərəfdaşlığı" ölkələri (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna) üçün rus dilində informasiya telekanalının yaradılması üzərində fəal iş aparır.
Polşada "Şərq tərəfdaşlığı" ölkələri üçün rusdilli telekanal yaradılır

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Avropa İttifaqı (Aİ) "Şərq tərəfdaşlığı" ölkələri (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna) üçün rus dilində informasiya telekanalının yaradılması üzərində fəal iş aparır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, telekanal polşalı Yeji Pomyanovskinin rəhbərlik etdiyi Avropa Demokratiyaya Dəstək Fondunun himayəsi ilə yaradılır.

Polşa Xarici İşlər Nazirliyi gələn il üçün telekanalın maliyyələşdirilməsinə artıq 1 milyon dollar ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti