...

Bakının bağlanmış əsas yollarından biri açıldı

Cəmiyyət Materials 9 Noyabr 2014 12:12 (UTC +04:00)
Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsindən Böyük Şor küçəsinə istiqamətində yol təmir işləri ilə bağlı bağlanan yol bu gün səhər saatlarından açılıb.
Bakının bağlanmış əsas yollarından biri açıldı

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsindən Böyük Şor küçəsinə istiqamətində yol təmir işləri ilə bağlı bağlanan yol bu gün səhər saatlarından açılıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P.Mürsəliyev deyib ki, bu gün səhər saat 7:00-da həmin küçədə işlər başa catıb və avtomobillərin hərəkatı yenidən təmin olunub.

Təmir işlərinə 100-dən yıxarı işçi 60 texnika cəlb olunub.

Qeyd edək ki, həmin yol təmir işləri ilə bağlı üç günlük bağlanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti