...

Azərbaycanda dərmanların alınması mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək

Cəmiyyət Materials 20 Noyabr 2014 13:35 (UTC +04:00)
Gələn ildən ölkədə dərman preparatları və sarğı materiallarının alınması mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.
Azərbaycanda dərmanların alınması mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Gələn ildən ölkədə dərman preparatları və sarğı materiallarının alınması mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu millət vəkili Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu qayda keyfiyyətli dərman preparatlarının artımına səbəb olacaq: "Çox təqdirəlayiq haldır ki, xəstəxanalarda dərman və sarğı vasitələri büdcədən ayrılan vəsaitlə alınacaq".

Ə.Əmiraslanov qeyd edib ki, ölkədə adambaşına düşən səhiyyə xərcləri aşağıdır: "Biz bunu dövlətdən gözləməməliyik. Məncə "İcbari tibbi sığorta" ilə bağlı mühüm addımlar atılıb və yaxında bu, tətbiq olunacaq. O zaman biz adambaşına düşən səhiyyə xərclərini artıra biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti