...

Uşaq hüquqlarının qorunması mövzusunda tədbirlər başa çatdı

Cəmiyyət Materials 20 Noyabr 2014 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

"Uşaq hüquqları aylığı" çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən təşkil edilən sonuncu tədbir noyabrın 20-də Göyçay şəhər 3 saylı tam orta məktəbdə keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, uşaq hüquqlarının qorunmasına həsr olunmuş seminarda bu sahədə qanunvericilik və beynəlxalq təcrübə, Uşaq Hüquqları Konvensiyası, eləcə də ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti