...

Bakının bəzi yollarında sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

Cəmiyyət Materials 28 Noyabr 2014 14:11 (UTC +04:00)
Bakının bəzi yollarında sürət həddi əvvəlki vəziyyətə qaytarıldı.
Bakının bəzi yollarında sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakının bəzi yollarında sürət həddi əvvəlki vəziyyətə qaytarıldı. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Qeyd edək ki, dünən Bakının meteoroloji şəraiti nəzərə alınmaqla paytaxtın bəzi yollarında sürət həddi dəyişdirilmişdi.

Belə ki, paytaxtda dumanlı, çiskinli və yağmurlu hava şəraitinin hökm sürdüyünü nəzərə alaraq, yollarda təhlükəsizliyin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Heydər Əliyev Beynəlxalq Hava Limanından Böyük Şor dairəsinə, yəni metronun "Koroğlu" stansiyasının yaxınlığına qədər olan hissəsində, eləcə də Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətindəki beton yolda avtomobillərin hərəkət sürətini göstərən elektron tabloların göstəricilərində dəyişikliklər edilib.

Elektron tablolarda zolaqlar üzrə göstərilən bütün sürət hədləri 20 km/saat azaldılmışdı.

Belə ki, adıçəkilən yollarda tablolarda göstərilən zolaqlar üzrə 120 km/saat sürət həddi 100 km/s-a, 100km/s 80 km/s-a, 80 km/s isə 60 km/s-a endirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti