...

Sabah Hərbi Akademiyanın magistraturasına qəbul imtahanı keçiriləcək

Cəmiyyət Materials 1 Dekabr 2014 16:44 (UTC +04:00)
Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirir.
Sabah Hərbi Akademiyanın magistraturasına qəbul imtahanı keçiriləcək

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirəcək.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün 100 nəfər namizəd qeydiyyatdan keçib.

İmtahanda namizədlərin test üsulu ilə məntiqi təfəkkürü, informatika və xarici dil bilmə səviyyəsi yoxlanılacaq. Namizədlərə məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunur. Hər bir fənn üzrə 5 sual açıq tipli test tapşırıqlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti