...

Bakının mərkəzində tıxac yaranıb

Cəmiyyət Materials 3 Dekabr 2014 10:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda Yusif Səfərov küçəsi boyunca, Leyla Şıxlinskayanın Klinikası və Mərkəzi Neftçilər Xəstəxanasının qarşısında tıxac yaranıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, həmin ərazidə bir saata yaxındır tıxac yaranıb, buna səbəb isə xəstəxanaya gələnlərin parklama tələblərini pozmasıdır.

Hazırda yol polisi tıxacı aradan qaldırmaq üçün iş aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti