...

Bir neçə gündən sonra Azərbaycanda daha bir “ASAN xidmət” mərkəzi açılacaq

Cəmiyyət Materials 8 Dekabr 2014 12:04 (UTC +04:00)
Bu ilin sonunadək Sabirabadda regional “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək.
Bir neçə gündən sonra Azərbaycanda daha bir “ASAN xidmət” mərkəzi açılacaq

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir İlkin İzzət/

Bu ilin sonunadək Sabirabadda regional "ASAN xidmət" mərkəzi istifadəyə veriləcək.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov deyib.

Şöbə müdirinin sözlərinə görə, mərkəzdə Sabirabad və ətraf rayonların əhalisinə xidmət göstəriləcək: "Planlaşdırılır ki, 2014-cü ilin sonunadək, yəni dekabr ayı ərzində Sabirabaddakı regional "ASAN xidmət" mərkəzinin istifadəyə verilsin. Artıq mərkəz bütün lazımi avadanlıqlarla təchiz olunub. Hazırda orada son tamamlama və sınaq işləri həyata keçirilir".

Onun sözlərinə görə, bundan əlavə, 2015-ci il ərzində Bərdə, Masallı, Qəbələdə də regional "ASAN xidmət" mərkəzlərinin açılması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda respublikada 6 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, 1-i Sumqayıtda, 1-i də Gəncə şəhərində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti