...

Azərbaycanın bəzi ərazilərində yağıntılar davam edəcək

Cəmiyyət Materials 10 Dekabr 2014 13:05 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq.
Azərbaycanın bəzi ərazilərində yağıntılar davam edəcək

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, dekabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 10-da axşam qərb rayonlarında, dekabrın 11-də bəzi ərazilərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar və qar yağacağı proqnozlaşdırılır.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti