Bakıda FEI və ARAF qala-gecə keçiriblər: dünyanın ən yaxşı idmançıları mükafatlandırılıblar (FOTO)

Bakıda FEI və ARAF qala-gecə keçiriblər: dünyanın ən yaxşı idmançıları mükafatlandırılıblar (FOTO)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbirlər Vüqar İmanov, Elçin Mehdiyev/

Bakıda "Buta Palace"-da Beynəlxalq Atçılıq Federasiyası (FEI) və Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə qala-gecə keçirilib.

Trend xəbər verir ki, təntənəli gecədə İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseyn, Beynəlxalq Atçılıq Federasiyasının yeni seçilmiş prezidenti İnqmar de Vos, Azərbaycan Atçılıq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev, Baş nazirin müavini Elçin Əfəndiyev, gənclər və idman naziri Azad Rəhimov, dünyanın 100-dən artıq ölkəsindən milli nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.

Gecədə İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseynin idman arenasında və FEI prezidenti postunda uğurlarını, ümumilikdə atçılıq idmanının nailiyyətlərini əks etdirən video və foto materiallar qonaqların diqqətinə çatdırılıb. Ülyahəzrətləri Haya Bint Al Hüseyn bu il üçüncü müddətə FEİ prezidentliyinə öz namizədliyini irəli sürməyib və 2006-cı ildən rəhbərlik etdiyi bu postu tərk edib.

Şahzadə Haya Bint Al Hüseyn öz çıxışında qeyd edib ki, qala-gecədə iştirak etmək onun üçün böyük şərəfdir.

Ülyahəzrətləri Azərbaycan Atçılıq Federasiyasına, xüsusilə federasiya prezidenti Elçin Quliyevə təkrarolunmaz və yaddaqalan gecəyə görə təşəkkürünü bildirib.

Onun sözlərinə görə, Bakı belə tədbirlərin mükəmməl keçirilməsi üçün valehedici şəhərdir.

İordaniya Şahzadəsi qeyd edib: "Biz bugünkü gecənin yaddaqalan olmasına kömək edən hər kəsin səylərini dəyərləndiririk".

Xanım Haya Bint Al Hüseynin sözlərinə görə, istənilən idman növü kimi, atçılıq da inkişaf edir və yeni istedadlı idmançılar meydana çıxır.

Ülyahəzrətləri qeyd edib ki, 2009-cu ildən müxtəlif nominasiyalar üzrə ən yaxşı idmançıların mükafatlandırılması mərasimləri Kopenhagendən Taybey və Rio-de-Janeyroya, İstanbuldan Monreala qədər dünyanın bir çox şəhərlərində keçirilib.

İordaniya Şahzadəsi bildirib: "İndi bu mərasim Bakıda keçirilir. Məlum olduğu kimi, Beynəlxalq Atçılıq Federasiyasının mükafatları yalnız yarışların iştirakçılarına təqdim edilmir. Biz bu yarışların təşkilinin arxasında dayanan hər kəsin sədaqətini, yuxusuz gecələrini və ağır işini də mükafatlandırırıq".

Onun sözlərinə görə, həmin insanlar "Best Groom Award" mükafatı ilə təltif olunurlar.

Bu, bəlkə də ən effektli nominasiya deyil, lakin əlbəttə ki, ən hörmətli mükafatdır. Şahzadə deyib ki, bu mükafata hər il yüzlərlə şəxsin namizədliyi irəli sürülür.

Xanım Haya Bint Al Hüseyn bildirib ki, cari ildə bu mükafata ən müxtəlif mehtərlərin namizədliyi təqdim edilib, lakin onları bir şey - atlara təmənnasız sevgi birləşdirir.

Onun sözlərinə görə, yarışların təşkilinin arxasında dayananların təltif olunduqları daha bir mükafat "FEİ Solidarity Award"-dır.

İordaniya Şahzadəsi qeyd edib ki, bu mükafatın az sayda olan namizədləri əyani şəkildə sübut etdilər ki, atçılıq nə qədər güclü ola bilər və o, insanların, bütövlükdə cəmiyyətin həyatını yaxşıya doğru necə dəyişə bilər: "Atlar bizi güclü edən qeyri-adi varlıqlardır. Mənə verilən fürsətdən istifadə edərək bu il qalibləri müəyyən etməyə kömək edən hakimlərə də enerji və ruh yüksəkliklərinə görə təşəkkürümü bildirmək istəyirəm".

Haya Bint Al Hüseyn, həmçinin atçılığın inkişafına verdikləri töhfəyə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib: "Sizin sədaqətiniz, meyilləriniz və vaxtınız sayəsində atçılıq idmanı mövcuddur".

Qala-gecə çərçivəsində 2014-cü ilin yekunları üzrə müxtəlif nominasiyalarda dünyanın ən yaxşı idmançılarının mükafatlandırılması mərasimi keçirilib. Mükafatları Ülyahəzrətləri Haya Bint Al Hüseyn təqdim edib.

Lambert Lekletsio (Lambert Leclezio, Mavriki) "Rising Star Award", Jeron Dabbeldam (Niderland) "Best Athlete Award", Jeki Potts (Böyük Britaniya) "Best Groom Award", İkval Ark (Sinqapur) "FEİ Solidarity Award", Sidni Kollier (ABŞ) isə "Against All Odds Award" mükafatının sahibi olublar.

Həmçinin, dünyada atçılıq idmanının inkişafına verdikləri çoxillik töhfələrə görə FEİ ağsaqqalları nüfuzlu mükafatlara layiq görülüblər.

Atçılıq idmanının inkişafında göstərdiyi xidmətlərə və FEİ Baş Assambleyasının möhtəşəm təşkilinə görə ARAF prezidenti Elçin Quliyev başda olmaqla federasiya rəhbərliyi mükafatlandırılıb. Öz növbəsində, Elçin Quliyev xanım Haya Bint Al Hüseynə qiymətli mükafatlar və onun portretini təqdim edib.

Gecə səmimi və mehriban atmosferdə keçib. Qonaqlara milli mətbəxin nəfis təamları və şirniyyatları təqdim edilib. Klassik və xalq musiqisi, estrada və caz ifaçılarının iştirakı ilə konsert proqramı keçirilib. Konsert zamanı xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə məşhur opera müğənniləri Samir Cəfərov və Fidan Qasımova, eləcə də əməkdar artist Natiq Şirinovun ritm qrupu, əməkdar artist Akif Süleymanbəylinin caz orkestri, gənc ifaçılar Vaqif Nağıyev və Elnur Quliyev çıxış ediblər. Gecənin xüsusi qonağı məşhur italyan müğənni İnqrid (In-Grid) olub.

Qeyd edək ki, ilk dəfə olaraq dekabrın 11-14-də Bakıda Azərbaycan Atçılıq Federasiyasının (ARAF) dəvəti ilə Bey­nəlxalq Atçılıq Federasiyasının ali orqanı olan Baş Assam­bleyanın illik iclası keçirilib. İclasda Beynəlxalq Atçılıq Federasiyasının 350-dən çox nümayəndəsi və 110 ölkədən fəxri qonaqlar iştirak ediblər. Bu, indiyədək keçirilmiş Baş Assambleyalar tarixində re­kord göstəricidir.

Bey­nəlxalq Atçılıq Federasiyası (FEI) Baş Assambleyasının iclası dünyada atçılıq idmanı sahəsində mühüm hadisələrdən biridir. Hər il müxtəlif şəhərlərdə keçirilən tədbir bu il ilk dəfə Bakıda təşkil olunur. Bütün atçılıq milli federasiyalarının nümayəndələrinin toplaşdıqları forumda atçılıq idmanı qaydalarının inkişafının ən əhəmiyyətli məsələləri, maliyyələşmə problemləri, idarəetmə məsələləri və s. müzakirə edilir, qərarlar qəbul olunur.

Bu il eləcə də Beynəlxalq Atçılıq Federasiyasının yeni prezidentinni seçkiləri keçirilib. Federasiyanın Baş Assambleyasının nümayəndələrinin səsverməsi nəticəsində qarşıdakı dörd ildə Federasiyaya İnqmar de Vos (Belçika) rəhbərlik edəcək.

Baş Assambleya çərçivəsində Azərbaycan Atçılıq Federasiyası (ARAF) tərəfindən Bakıda "Mangal Steak House" restoranında Beynəlxalq Atçılıq Federasiyası (FEI) Baş Assambleyası iştirakçılarının şərəfinə "Azərbaycana xoş gəlmişsiniz!" adlı qala-ziyafət təşkil olunub. Bayram gecəsinin qonaqlarına Azərbaycan milli mətbəxinin nəfis təamları təqdim edilib. Gecədə xalq musiqisi, muğam və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı keçirilib.

İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseyn də FEI-nin Bakıda keçirilən Baş Assambleyasının iştirakçılarının şərəfinə "Dağüstü Park Cafe"də xüsusi kokteyl-gecə təşkil edib. Bundan əlavə, qonaqların Bakı şəhəri ilə yaxından tanış olması məqsədi ilə dekabrın 11, 12, 13-də şəhər turları təşkil olunub. Gə­zintilər Xal­çaçılıq Muzeyini, Dövlət Bayrağı Meydanını, Heydər Əliyev Mərkəzini və Qala Tarixi Muzey Kompleksini əhatə edib.

Moskvada koronavirusdan daha 75 nəfər ölüb
Moskvada koronavirusdan daha 75 nəfər ölüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 463 mindən çox artıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 463 mindən çox artıb
Türkiyədə koronavirusdan sağalanların sayı 381 mini keçib
Türkiyədə koronavirusdan sağalanların sayı 381 mini keçib
Loading Bars
Xəbər lenti
"Barcelona" və "Yuventus" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi
Moskvada koronavirusdan daha 75 nəfər ölüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 463 mindən çox artıb
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub
Bakıda evdə yanğın olub
Kəlbəcər rayonu bu gün Azərbaycana təhvil verilir
Türkiyə və Rusiya Prezidentləri arasında telefon danışığı olub
Azərbaycan Memarlar İttifaqının üzvləri dünya mədəni irs təşkilatlarına müraciət ünvanlayıb
Azərbaycanın parlaq zəfərini şərtləndirən amillər hansılar oldu? - ŞƏRH
Kəlbəcəri tərk edən ermənilərin "yanmış torpaq" strategiyası AK-nın diqqətindən yayınmadı - "Europe Diplomatic"
Türkiyədə koronavirusdan sağalanların sayı 381 mini keçib
Ermənistan hərbi polisi: Bir çox döyüş iştirakçısı silahlarını təslim etmədi
Prezident İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub
Ağdamı Qafqazın Dubayına çevirmək olar
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası aviaşirkətlərin itkiləri barədə
“Vikipediya”nın özbək dili bölməsində Ağdam haqqında məqalə əsaslı redaktə olunub (FOTO)
33 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - Nazirlik
ISESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Ermənilər Kəlbəcərin girişindəki "Xoş gəlmisiniz" lövhəsini söküblər
Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə bağlı inzibati işlərə baxacaq orqanlar müəyyənləşib
Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb
Xalq artisti Əjdər Həmidov vəfat edib
Valideynlərini itirmiş uşaqların təhsil haqqını onlar övladlığa götürüldükdə də dövlət ödəyəcək
Gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək
Vergi Məcəlləsində dəyişiklik edilib
“Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişikliklər təsdiqləndi
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib
Publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçiriləcək
Prezidentə yazırlar: Sizin sayənizdə Azərbaycan xalqı tarixə şanlı hərflərlə Qələbə sözünü yazdı
Şuşa şəhərinin havadan videogörüntüsü
Sahibə Qafarova TBMM və AŞPA-nın təşəbbüsü ilə keçirilən beynəlxalq konfransa qatılıb (FOTO)
Azərbaycan üçün qəbulolunan hər bir nəticə Türkiyə üçün də qəbulolunandır - Çavuşoğlu
Məhkəmə İmişlinin keçmiş icra başçısının vəsatətini rədd etdi
Qafqaz ermənilərinə bir neçə söz…
Azərbaycanda 3 646 nəfər COVID-19-a yoluxub, 1 259 nəfər sağalıb, 34 nəfər vəfat edib
Noyabrın 25-də manatın dollara qarşı məzənnəsi
Ermənistanda müdafiə nazirinin daha bir müavini istefa verdi
Bu gün Azərbaycan bütün dünyada tolerantlıq nümunəsidir - Deputat
Bura Çernobıl deyil! Bura Qarabağdır! (VİDEO)
Ermənilərin dəyişdirdiyi tarixi ərazilərimizin adları virtual ensiklopediyada bərpa olunub
Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb - KOMİSSİYA
İşğaldan azad olunmuş Ağdamın Abdal və Gülablı kəndləri (VİDEO)
Qarabağda Türkiyə və Rusiya silahlı qüvvələri birgə patrul xidməti həyata keçirəcək - Hulusi Akar
Bərdə - Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrılıb - SƏRƏNCAM
İşğaldan azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahı yaradıldı - SƏRƏNCAM
Cəlilabadda koronavirusa yoluxmuş 3 nəfər yaşayış yerini tərk edib
Dağlıq Qarabağla bağlı bütün öhdəliklər icra olunur - Lavrov
Xəzər dənizində zəlzələ olub
53 ictimai iaşə obyektində kobud pozuntular aşkarlanıb (FOTO)
Koronavirusdan sağalmış şəxslər ağır xəstələrə donor ola bilərlər - RƏSMİ
Qubadlı Məşğulluq Mərkəzinin sabiq rəhbərinin məhkəməsi başlayır
Dağlıq Qarabağda tərəflərin maraqları nəzərə alınmaqla tənzimlənmə üçün şərtlər yaranır - Putin
Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir - XƏBƏRDARLIQ
Bitkoinin qiyməti 19 min dolları keçdi
Qaxda karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir (FOTO)
Bakının məşhur bazarı köçürülür (FOTO)
Azərbaycan dili ilə bağlı onlayn tədris və imtahan platforması hazırlanacaq
Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə məcburi köçkünlər üçün aksiyada iştirak edib (FOTO)
Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak edən hərbi qulluqçularının bir qrupu geri qayıdıb (FOTO)
Ermənistanda istefa verən nazirlərin sayı 6-ya çatdı
Ev almaq istəyənlər üçün sərfəli kredit imkanı
Kişiyə hamilə diaqnozu qoyulması xəbərləri ilə bağlı araşdırma aparılıb - TƏBİB
Şuşa yolunun tikintisi davam edir: Torpaq işləri aparılır (FOTO)
İranda koronavirusa yoluxanların sayı 880 mini keçdi
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
İlahiyyat İnstitutunda onlayn ingilis dili kurslarına start verilib (FOTO)
Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş zərər dəqiqləşdirilir - Orxan Məmmədov
Gürcü ziyalılarının iştirakı ilə Kamal Abdullanın 70 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib
Ermənilər Ağdamın kəndində əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərindən kömək istəyib (VİDEO)
Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr üzrə müddətli əlavələr ödənilib
Dağlıq Qarabağın işğalında iştirak etmiş erməni general ölüb
Çin Aya növbəti missiya göndərib - 2 kiloqram süxur gətirəcək
Coğrafi adlar və alınma sözlərin düzgün yazılışı ilə bağlı standartlar hazırlandı
Ermənistan işğal etdiyi ərazilərdə qədim dini və mədəni irsi tamamilə silməyə çalışıb - Dini konfessiyaların birgə bəyanatı
Qarsda logistika mərkəzinin istismara veriləcəyi tarix açıqlanıb
Ağdamın azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticəsidir - Rauf Əliyev
Sabahın hava proqnozu açıqlanıb
İki gündə evini tərk edən 50-dən çox koronavirus xəstəsi məsuliyyətə cəlb olunub
Müharibə vaxtı Paşinyanın deputatları ABŞ-a qaçmaq istəyib
Ağdamın böyük potensialı - TƏHLİL
Evini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
“PAŞA Həyat”dan şəhid ailələrinə dəstək
AYİB Gəncə üçün Azərbaycana kredit ayırıb
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Rusiyada bir gündə koronavirusdan 500-ə yaxın ölüm qeydə alınıb
Eksternat imtahanlarının vaxtı bəlli olub
Şəhid polkovnik Babək Səmidli dəfn olunub (FOTO)
Qarabağ Azərbaycanda iqtisadi artımın yeni drayveri olacaq - Vüsal Qasımlı
Milli Məclisin növbəti iclasının vaxtı məlum olub
Polietilen torbalar və plastik stəkanların satışına məhdudiyyət barədə layihə ikinci oxunuşda təsdiqləndi
Təəssüf ki, çox həkimlər süni tənəffüs aparatlarının funksiyalarını yaxşı bilmirlər - TƏBİB
Dövlət qulluqçularının xidməti yeni qaydalarla qiymətləndiriləcək
Azərbaycan nefti bahalaşır
Gəncədə qışa hazırlıq işləri yekunlaşıb (FOTO)
Çində koronavirusa görə 600-dən çox reys təxirə salınıb
Evdə müalicə olunan COVİD xəstələrinin sayı açıqlandı
"Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında əsasnamə ikinci oxunuşda təsdiq edilib
Dövlət səviyyəsində antibiotiklərin reseptsiz satışına sərt nəzarət olmalıdır - Səhiyyə nazirliyi
Bütün xəbərlər